"Viktoriya"nın baş məşqçisi "Qarabağ"la oyun haqda danışdı: "Təəssüf ki,..."

"Viktoriya"nın baş məşqçisi "Qarabağ"la oyun haqda danışdı: "Təəssüf ki,..."
İDMAN
10:26 24.08.2022
417
"Viktoriya"nın (Plzen, Çexiya) baş məşqçisi Mixal Bilek Çempionlar Liqasının pley-off mərhələsində evdə "Qarabağ"a qalib gələrək (2:1, ilk matç - 0:0) qrupa adladıqları oyun haqqında fikirlərini bölüşüb. 

AzxeberSport xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında qarşılaşmanın çətin keçdiyini deyib:

"Təsnifat mərhələsinin oyunlarını əla keçirdik. Altı oyundan beşini qələbə ilə başa vurduq, birində heç-heçə etdik. Təəssüf ki, matçın əvvəlində qol imkanını əldən verdik, sonra isə öz qapımızdan top buraxdıq. Oyun çətin keçdi. Komanda ruhdan düşmədi. Bunu çox yüksək qiymətləndirirəm. Bu, böyük uğurdur. İstədiyimizə nail olduq. Plzendə Çempionlar Liqası olacaq. Bu, böyük uğurdur. Bu kollektivə başçılıq etdiyim üçün qürur duyuram. Çempionlar Liqasında oynamaq bizim haqqımızdır. Titul qazananda böyük nailiyyət olur. Qrupa düşmək də buna bərabərdir. Bu, ürəyi isidir, əla hisslərdir. Fanatlar möhtəşəm ab-hava yaratmışdılar və onların qarşısında oynamaq xoş idi. Uzun-uzadı bayram etməyə vaxt yoxdur. Şənbə günü bizi daha bir çətin oyun gözləyir. Əvvəl də dediyim kimi, biz yerli çempionata da avrokuboklar kimi ciddi yanaşırıq".

Bilek komandasının qələbə qolunun vurun Yan Kliment haqqında isə bu sözləri deyib: "İkinci hissədə iki hücumçu ilə oynamağa başladıq. Kliment hərəkəti hesabına oyunumuzu irəli aparırdı. O, lazım olan yerlərdə olurdu və sonda qərarını verdi. Meydana nəyə görə çıxdığını bu cür göstərdi".

///Qol.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
18:59 15.05.2025
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu