Vilayət Eyvazov bu bölmənin rəisini nöqsanlara görə işdən çıxardı

Vilayət Eyvazov bu bölmənin rəisini nöqsanlara görə işdən çıxardı
SOSİAL
16:42 28.01.2022
797
Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

AZXEBER.COM unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, A.Əhmədov işdən çıxarılıb.

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.

Qeyd edək ki, həmin bölmədə xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və bir neçə polis zabitinə töhmət verilib.
OXŞAR XƏBƏRLƏR