Vilayət Eyvazov əmr imzaladı

Vilayət Eyvazov əmr imzaladı
SOSİAL
21:22 11.09.2023
315
Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərov vəzifədən azad edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəisinin əməliyyat üzrə müavini, polis polkovniki Ramil Mustafayev vəzifədən azad edilərək Lerikə rəis göndərilib.
OXŞAR XƏBƏRLƏR