Vilayət Eyvazov iki mayoru yüksək vəzifəyə təyin etdi

Vilayət Eyvazov iki mayoru yüksək vəzifəyə təyin etdi
SOSİAL
12:38 18.03.2021
555
Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

AZXEBER.COM-un məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşən Talıbov Masallı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini, polis mayoru Elvin Əzimov isə RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifələrinə təyin edilib.

E.Talıbov daha əvvəl həmin RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi, E.Əzimov isə şöbənin Təhqiqat bölməsinin rəisi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupu "Report”a faktı təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR