Vilayət Eyvazov polkovnikə yüksək vəzifə verdi

Vilayət Eyvazov polkovnikə yüksək vəzifə verdi
SOSİAL
14:35 17.03.2022
362
Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

AZXEBER.COM "lent.az”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sərəncamda olan polis polkovniki Şaiq Əliyev DİN-in Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.

Ş.Əliyev bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR