Vilayət Eyvazov rəisi işdən azad etdi - Yeni təyinat

Vilayət Eyvazov rəisi işdən azad etdi - Yeni təyinat
SOSİAL
10:48 11.06.2021
9004
Dövlət Yol Polisində (DYP) növbəti kadr dəyişikliyi olub.

AZXEBER.COM "unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov tutduğu vəzifədən azad olunub.

Nazirin digər əmri ilə polis polkovnik-leytenantı Rafiq Məmmədov Qaradağ rayon DYP-nin rəisi təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Suraxanı DYP-nin rəisi vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR