Vilayət Eyvazov Sumqayıtın polis rəisinin müavinini işdən çıxardı

Vilayət Eyvazov Sumqayıtın polis rəisinin müavinini işdən çıxardı
SOSİAL
11:52 15.03.2021
474
Sumqayıt şəhər Polis İdarəsinin (ŞPİ) rəis müvini işdən çıxarılıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, ŞPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Hüseyn Süleyman oğlu Həsənov vəzifəsindən azad edilib. Bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, H.Həsənov 2019-cu ildə bu vəzifəyə təyin edilmişdi. Onun yerinə hələlik təyinat olmayıb.
OXŞAR XƏBƏRLƏR