Vilayət Eyvazov: "Vətəndaş hüquqlarını pozan 2040 polis məsuliyyətə cəlb olunub"

SOSİAL
18:11 10.07.2019
11449
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir ATƏT-in Media və KİV azadlığı üzrə nümayəndəsi kimi əvvəllər ölkəmizə səfərləri zamanı xanım D.Miyatoviçlə keçirilən görüşlərdə insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər, bu sahədə fəaliyyətin səmərəliyinin artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi barədə aparılmış müzakirələrin çox faydalı olduğunu xatırladıb.

Prezident İlham Əliyevin ölkəmizin hüquq- mühafizə orqanlarının qarşısında qoyduğu ən mühüm vəzifələrdən birinin insan haqlarının qorunması olduğunu vurğulayan V.Eyvazov bu istiqamətdə Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını, vətəndaşlarla kobud rəftarın və polisin nüfuzuna xələl gətirən digər neqativ halların qarşısının alınması sahəsində də davamlı iş aparıldığını nəzərə çatdırıb.

Peşəkarlığın, dünyagörüşün artırılması, beynəlxalq təcrübənin tətbiqi yönündə görülən işlərin məqsədyönlü və sistemli şəkildə həyata keçirildiyini qeyd edən nazir bildirib ki, daxili işlər orqanlarının əməkdaşları müxtəlif ölkələrə, o cümlədən Amerika Birləşmiş Ştatlarına və Avropa dövlətlərinə təlimlər keçməyə göndərilir, təcrübəli beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə seminarlar, treninqlər, kurslar təşkil olunur. Yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən tədbirlərdə son 5 ildə DİN-in 3 minə yaxın əməkdaşı iştirak edib.

Qonağın nəzərinə çatdırılıb ki, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, o cümlədən məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədilə əhaliyə 28 istiqamət üzrə elektron xidmət göstərilir.

V.Eyvazov bildirib ki, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzi” Sisteminin və "Təhlükəsiz Şəhər” Xidmətinin fəaliyyəti məhz insan amili kimi ali prinsip üzərində qurulub, DİN-də yaradılmış digər qaynar xətlər («902» və «1002»), ayrı-ayrı struktur qurumların elektron poçt ünvanları, sahibkarların hüquqlarının pozulması ilə bağlı müraciətlərə baxan Apelyasiya Şurası daxil olan müraciətlərin operativ həllinə, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin görülməsinə xidmət edir.

Avropa Şurası komissarının diqqətinə o da çatdırılıb ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər DİN-in aidiyyatı idarəsi tərəfindən operativ, obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunaraq müvafiq tədbirlər görülür. Təkcə son 5 il və cari ilin I yarısında vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 2040 əməkdaş intizam məsuliyyətinə cəb olunub. Tutulmuş və ya həbs olunmuş şəxslərə işgəncə vermə və ya onlarla qeyri-insani rəftar halları qeydə alınmayıb. Qeyd olunan müddətdə beynəlxalq və yerli hüquq müdafiə təşkilatları tərəfindən ərazi polis orqanlarının Müvəqqəti Saxlama Yerlərində (MSY) 1318 monitorinq keçirilib. Onların hamısında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, MSY-lər müasir videomüşahidə nəzarət kameraları ilə təchiz edilib.

D.Miyatoviç qəbula və ətraflı məlumata görə təşəkkür edib, Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, budəfəki səfərində əsas məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində hərtərəfli yardım göstərmək, bu prosesə dəstək vermək olduğunu xatırladıb. O, Avropa Şurasının təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Səmimilik şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 06.08.2020

“Bezmişəm, axırda canıma qəsd edəcəm“ — Nadir Qafarzadə

23:39 05.08.2020

Lənkəranda 100 min manatlıq qızıl oğurlayan “Malış” saxlanıldı

22:56 05.08.2020

Baş Prokurorluq Milli Məclisdə ictimai asayişi pozaraq həbs olunanların görüntülərini yaydı - VİDEO

22:27 05.08.2020

Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildi

22:22 05.08.2020

Qənirə Paşayeva aztəminatlı ailələrlə bağlı çağırış etdi

22:12 05.08.2020

ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb

21:27 05.08.2020

Peşə təhsili üzrə imtahanın keçirilmə qaydası müəyyənləşdi

20:28 05.08.2020

Şəhid generalın adı əbədiləşdirildi - FOTO

20:10 05.08.2020

Azərbaycan Livana bir milyon dollar yardım edəcək

19:55 05.08.2020

Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb - FOTO

19:32 05.08.2020

Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib - FOTO

19:08 05.08.2020

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır

19:02 05.08.2020

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib

18:49 05.08.2020

Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi

18:25 05.08.2020

Daha 109 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTO

18:03 05.08.2020

Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO

X Mostbet