Vilayət Eyvazovdan növbəti TƏYİNAT

Vilayət Eyvazovdan növbəti TƏYİNAT
SOSİAL
12:30 10.09.2019
3077

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

AZXEBER.COM -un əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis-mayoru Anar Xəlilov Masallı RPŞ  əməliyyat işi üzrə rəis müavini təyin edilib. Buna qədər, A.Xəlilov Masallı RPŞ istintaq bölməsinin rəisi olub. 

Xəbəri Masallı Rayon Polis şöbəsindən təsdiqləyiblər.

Xatırladaq ki, Masallı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Polad Qarayev vəzifəsindən azad edilərək Samux RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

OXŞAR XƏBƏRLƏR