Uzun müddətdir "Qalatasaray"ın əsas heyətində matça çıxa bilməyən Vilfrid Zaha Fransanın "Lion" komandasına transfer olunur.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu heç bir transfer pulu ödənilmədən "Lion"a icarəyə gedəcək.
Zahanın maaşının yarısını "Qalatasaray", digər yarısını isə "Lion" ödəyəcək.
İmza üçün Fransaya gedən Zahanın transferinin rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Vilfrid Zaha 43 matçda "Qalatasaray"ın formasını geyinib.
Futbolçu bu matçlarda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.
Mikayıl