ABŞ-da uzun müddət satılmayan üç otaqlı, bağçalı ev "iPhone" 6 ilə barter edilə bilər.ABŞ vətəndaşı 2010-ci ildə böyük ümidlərlə Detroit şəhərindən 41 min dollara satın aldığı evini "iPhone" 6 və ya 32 GB-lıq bir "iPad" ilə mübadilə etmək istədiyini bildirilib.Ev sahibi iqtisadi böhranın ziyan vurduğu şəhərdə, daşınmaz əmlak qiymətlərinin yüksələcəyi ümidiylə təxminən 4 il gözləyib. Lakin 2 həftə əvvəl 10 min 500 dollar qiymətlə satışa çıxardığı evinə müştəri tapa bilməyib. Daha sonra qiyməti bir az da azaldan ev sahibi heç 5 min dollara da müştəri tapmayıb.Bundan sonra da müştəri tapa bilməyən şəxs iki mərtəbəli, üç otaqlı evi "iPhone" 6 və ya 32 GB-lıq yeni bir "iPad" ilə dəyişəcəyini açıqlayıb.