Vilyam Hacıyev rayona səfər edən ölkə başçısını aldatmaq istəyib – FOTOFAKT

SİYASƏT
17:19 13.11.2015
7998

Prezidentin səfərləri öncəsi sahibkarların boğazından yapışan icra başçısının yarımçıq işləri bir-bir ortaya çıxmağa başlayıb.

Artıq onun bu əməllərini təsdiqləyən faktlar bir-bir ortaya çıxmağa başlayıb.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə Vilyam Hacıyevin gördüyü yarımçıq işləri sübuta yetirən maraqlı foto yayımlanıb. Şəkildə İmişli rayonunda yolun kənarında yerləşən bir binanın başına gətirilən oyunları görmək mümkündür.

Binada yaşayan sakinlərdən birinin sözlərinə görə, Vilyam Hacıyev prezidentin səfəri öncəsi bütün sakinlərə binanın yeni üzlüklə üzlənəcəyini deyib. Tikinti işlərinin başlamasından bir müddət keçməmiş, prezidentin səfərinin təxirə salındığını eşidən icra başçısı təmir işinin saxlanılması üçün əmr verib.

Onu da qeyd edək ki, icra başçısı prezident İlham Əliyevin rayona gəlişindən öncə bütün rayondakı abadlıq işlərini büdcədən ayrılan pullarla deyil, rayondakı sahibkarlara etdirirmiş. O, sahibkarlara onlardan aldığı pulları prezidentin rayona ayıracağı puldan geri qaytaracağını vəd etsə də, heç vaxt öz vədinə əməl etməyib.

Məhz pul məsələsinə görə Vilyam Hacıyev bir neçə il bundan öncə öz doğma qardaşı Eldar Hacıyevlə münaqişə də yaşamışdı. E.Hacıyev açıqlamasında bildirmişdi ki, qardaşı Vilyam Hacıyev hələ Göygöl rayon icra hakimiyyətinin başçısı işlədiyi dövrdə o, “Kapitalbank”ın “Göygöl” filialının müdiri olub. Eldar Hacıyevin iddiasına görə, qardaşı ona bəzi abadlıq işləri gördürüb, amma bu günədək çəkilən xərclərin pulunu verməyib.

OXŞAR XƏBƏRLƏR