"Virtual Məmləkətim” layihəsinə start verildi

"Virtual Məmləkətim” layihəsinə start verildi
GƏNCLİK
22:00 07.04.2014
3412
5 aprel 2014 – cü il tarixində  Divan Exspress Bakı otelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi,  Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “Virtual Məmləkətim” adlı layihənin açılış mərasimi keçirilib.
AZXEBER.COM xəbər verir ki, açılış mərasimində Azərbaycan Turizm İnstitutunun dekanı Sevda Vəzirova, Azərbaycan Turizm İnstitutunun dekan müavini Anar Fərmayılov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov, Nərimanov rayon Gənclər İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Turizm İnstitutu Linqvistika kafedrasının müdiri Seyidəli Məmmədov, Azərbaycan Turizm İnstitutu, baş müəllim Afət Mürsəliyeva, bələdçi-tərcüməçi Tofiq İmanov, Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri Ağamir Ağamirov və media nümayəndələri iştirak ediblər.
Çıxış edənlər son illər turizm və İKT sahəsinə gənclərin marağının artmasından söz açıb və bu səbəbdən layihənin aktuallığını önə çəkiblər. Sonda qonaqlar layihənin davamlı olması üçün uğurlar arzu ediblər.
15 nəfər aktiv gənci bir araya gətirəcək “Virtual Məmləkətim” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin turizmə olan maraqlarını artırmaq, xüsusilə də, ölkəmizin turizm imkanlarının dünya ölkələrinə tanıtdırılması üçün İKT - dən  düzgün istifadə edərək onları bu işə cəlb etməkdən ibarətdir.
Qeyd edək ki, 05 - 20 aprel 2014 – cü il tarixləri arasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi,  Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə keçirilən “Virtual Məmləkətim” adlı layihəsi çərçivəsində layihəyə cəlb olunmuş 15 iştirakçıya ilkin olaraq bloq təlimləri keçiriləcəkdir. Sonrakı mərhələdə hər bir iştirakçı Azərbaycanın müxtəlif regionları haqqında xarici dillərdə fəaliyyət göstərəcək bloq yaradaraq topladıqları məlumatları elektron formada öz bloqlarında yerləşdirəcəklər.Sonda iştirakçılar arasında müsabiqə keçiriləcək və ən yaxşı üç bloq sahibi diplom və mükafatla təltif olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
18:25 25.04.2025
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
18:14 25.04.2025
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
17:57 25.04.2025
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:46 25.04.2025
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
17:36 25.04.2025
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
17:29 25.04.2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
17:27 25.04.2025
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
17:19 25.04.2025
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
17:11 25.04.2025
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
17:08 25.04.2025
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
16:58 25.04.2025
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
16:48 25.04.2025
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
16:45 25.04.2025
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
Əvəz Zeynallı azadlığa buraxıldı
16:30 25.04.2025
Əvəz Zeynallı azadlığa buraxıldı
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:25 25.04.2025
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır -  Ümid azalır
16:20 25.04.2025
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır - Ümid azalır