Vitse-spiker Milli Məclisə hücumdan danışdı: “Təxribatçılar erməniyə bərabərdir”

SİYASƏT
17:43 15.07.2020
703
"Əfsuslar olsun ki, sapı özümüzdən olan baltalar var. Neftin qiymətinin aşağı düşməsinə çırtma çalıb, sevinib-oynayanlar var. Görün, biz necə insanlarla bir ölkənin vətəndaşlarıyıq?! Bu cür insanlarla bir ölkədə yaşamaq olarmı?!”

Bunu Milli Məclis sədrinin müavini Adil Əliyev Tovuzun Ağdam kəndinin sakinləri ilə söhbətində deyib. 

O, Bakıda Qarabağ mitinqləri zamanı bir sıra insanların Milli Məclisdə təxribat törətməsinə də münasibətini açıqlayıb. 

Vitse-spiker qeyd edib ki, Azərbaycanın daxilində "beşinci kolona” xidmət edənlər olmasa, biz daha böyük uğurlara imza ata bilərik. 

"Dünən xalqımızın ordumuza dəstəyi nümayiş etdirildi. Onların hərəkətinə maneə yaradılmadı. Xalqımız ötən gün bütün beynəlxalq aləmə sübut etdi ki, hər zaman Azərbaycan əsgərinin yanındadır və Ali Baş Komandanın əmrini gözləyir”, - deyə, o əlavə edib. 

O təəssüf hissi ilə bildirib ki, ordumuza dəstək tədbirində təxribata əl atan qüvvələr də oldu. 

"İnsanlar tapıldı ki, görülən işlərə kölgə salsınlar. Amma təxribatçıların arzuları ürəklərində qalacaq. Çoxluq ordumuzun tərəfindədir, çoxluq Azərbaycan şəhidinə hörmətlə yanaşır. Biz təxribatçı azlığı erməniyə bərabər tuturuq. Sağlıq olsun, biz onlara qarşı da mübarizə aparacağıq. Hüquq-mühafizə orqanları təxribatçılara qarşı tədbir görəcək”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:43 06.08.2020

Rusiyada koronavirus preparatı patentləşdirildi

23:09 06.08.2020

Türkiyədə son sutkada koronavirusdan 14 nəfər ölüb

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

18:31 06.08.2020

Qurban Məmmədovun “konfederasiya” və “federasiya” ilə bağlı fikirlərinin arxasında hansı maraq dayanır?

X Mostbet