Xəbər verdiyimiz kimi "İstədim" mahnısının dünya trendində ilk pillədə olmasından sonra ölkə xaricində də məşhurlaşan müğənni Roza Zərgərli ABŞ-da konsert verməyə hazırlaşırdı.
AZXEBER.COM xəbər verir ki, 28 sentyabrda Bruklində baş tutması planlaşdırılan konsertin biletləri satışa çıxsa da, konsert təxirə salınıb.
Buna səbəb Zərgərlinin komandasında çalışan bir çox işçinin ABŞ vizası ala bilməməsi olub.
Müğənni bildirib ki, konsert 14 noyabra təyin edilib.
O, müraciətində biletlərin keçərli olduğunu və həmin gün konsertin dəqiqliklə baş tutacağını bildirib.
Aysel