Vladimir Konstantinov: Krım hakimiyyəti Ukrayna üzrə sülh danışıqlarında iştirak etməyə hazırdır

Vladimir Konstantinov: Krım hakimiyyəti Ukrayna üzrə sülh danışıqlarında iştirak etməyə hazırdır
DÜNYA
10:26 03.05.2025
165
"Krım Respublikasının hakimiyyəti lazım gələrsə, Ukrayna üzrə sülh danışıqlarında iştirak etməyə hazırdır".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Krımın Dövlət Şurasının rəhbəri Vladimir Konstantinov deyib.
 
"Biz danışıqlarda iştirak etməyə hazırıq. 2014-cü il referendumundan sonra bizə çoxlu nümayəndə heyətləri gəldi, yarımadamızın qanuni olaraq Rusiyaya qayıtdığı ilə bağlı sənədlərə baxıldı. Bizim beynəlxalq hüququn bütün normalarına nə qədər diqqətlə riayət etdiyimizə, onların öz ölkələrində gördüklərinin və eşitdiklərinin Krımdakı real vəziyyətdən nə qədər fərqləndiyinə təəccübləndilər. Ölkənin xeyrinə hər şeyi etməyə, o cümlədən, danışıqlara hazırıq", - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR