"Düşünürəm ki, meydana ən yaxşı komandanı buraxmışdım. Əlbəttə, dəyişiklik etmişdim. Türkiyə yığmasına sürpriz etmək istəyirdim. Bunu bacardığımız üçün fəxr edirəm".
AZXEBER.COM-un məlumatına görə, bu fikirləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Türkiyə yığmasına 3:1 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin A qrupunun sonuncu - III tur matçından sonra mətbuat konfransında deyib.