Vladimir Putin: Biz Avropa ölkələri ilə müharibə etməyi planlaşdırmırıq

Vladimir Putin: Biz Avropa ölkələri ilə müharibə etməyi planlaşdırmırıq
DÜNYA
11:45 20.12.2023
147
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın 15 ildən sonra da NATO-ya qəbul edilməsinin qəbuledilməz olacağını və Ukrayna ilə bağlı məqsədlərindən əl çəkməyəcəklərini bildirib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin geniş tərkibdə iclası keçirilib. 

Görüşə Rusiya Prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Şoyqu və hərbi rəsmilər iştirak ediblər.

Putin buradakı çıxışında Qərbin Rusiyaya qarşı "hibrid" müharibə apardığını və Ukraynaya hərbi dəstək verdiyini ifadə edib: 

"Son zamanlar NATO-nun fəaliyyəti artıb. ABŞ-dən ölkəmizə ciddi qüvvələr, o cümlədən təyyarələr göndərilib. NATO-nun Şərqi və Mərkəzi Avropada türk hərbi birləşmələrinin sayı artıb. Finlandiya NATO-ya daxil edilib, İsveçin də daxil olması planlaşdırılır. Bu, ittifaqın sərhədlərimizə yaxınlaşması deməkdir".

ABŞ-nin Ukrayna müharibəsinə Avropa ölkələrini cəlb etməklə Rusiya ilə Avropa ölkələri arasında nifaq saldığını ifadə edən Putin deyib.

Putin bildirib ki, Rusiya Avropa ölkələri ilə müharibə etməyi planlaşdırmır.

Ayşən
OXŞAR XƏBƏRLƏR