Vladimir Putin: "Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb"

Vladimir Putin: "Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb"
SİYASƏT
13:02 12.09.2023
260
"Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Qarabağda hansısa etnik təmizləmədə maraqlı deyil.

"Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam. Bu günlərdə ondan ətraflı məktub almışam”, - deyə Rusiya prezidenti bildirib.

V.Putin söyləyib ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və özü Qarabağın statusunu müəyyən edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR