Vladimir Putin fevral ayında Türkiyəyə səfər edəcək

Vladimir Putin fevral ayında Türkiyəyə səfər edəcək
DÜNYA
16:36 29.01.2024
142
Rusiya Prezidenti Vladimir Putinin fevral ayında Türkiyəyə səfər edəcəyi rəsmən təsdiqlənib.

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov yanvarın 29-da jurnalistlərə açıqlamasında bildirib.

"Bəli, səfərə hazırlıq görülür”, - o vurğulayıb. Y.Uşakov səfərin fevralda reallaşacağını da təsdiqləyib.

Bir müddət əvvəl V.Putinin fevralda Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.
OXŞAR XƏBƏRLƏR