“Boşanma qərarını birgə qəbul etdik”
Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lüdmila Putina boşandıqlarını rəsmən təsdiqləyiblər. Bu axşam Rusiya prezidenti həyat yoldaşı ilə birlikdə Dövlət Kreml sarayında “Esmeralda” baletinə tamaşı ediblər. Onlar baletdən sonra “Rossiya 24” telekaqnalına müsahibə veriblər. Boşanma ilə bağlı suala Lüdmila Putina belə cavab verib: “Bəli, demək olar ki, bu, sivilizasiyalı boşanmadır”.
Vladimir Putin isə deyib ki, boşanma qərarını Lüdmila Putina ilə birgə qəbul ediblər.