Putin Qırğızıstana gedəcək

Putin Qırğızıstana gedəcək
DÜNYA
11:49 04.10.2023
156
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana rəsmi səfər edəcək.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azimbakiyev açıqlayıb.

Əzimbakiyev açıqlamasında sözügedən səfərin oktyabrın 12-də baş tutacağını və Qırğızıstan Prezidenti Sadir Caparovla Putinin ikitərəfli və çoxtərəfli gündəliyə, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair məsələləri müzakirə edəcəklərini bildirib.

Muratbek Azımbakiyev qeyd edib ki, Putinin ölkədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aviabazasının (Rusiya hərbi hava bazası) açılmasının 20 illiyinə həsr olunmuş bayram proqramında iştirakı planlaşdırılır.

Əzimbakiyev bəyan edib ki, Qırğızıstan oktyabrın 13-də müddətinə sədrlik etdiyi Müstəqil Dövlətlər Birliyinin (MDB) Liderlər Zirvə Toplantısına ev sahibliyi edəcək.

Zirvə toplantısında MDB-yə üzv dövlətlərin rəhbərlərinin iştirakının gözlənildiyini deyən Əzımbakiyev "Sammitdə MDB-yə üzv dövlətlər arasında kommersiya, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul ediləcək”, - deyib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR