Vladimir Putinin Azərbaycan səfəri: Aysberqin görünən və görünməyən tərəfləri

Vladimir Putinin Azərbaycan səfəri: Aysberqin görünən və görünməyən tərəfləri
SİYASƏT
02:33 20.08.2024
508
Avqustun 18-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə gəlib. Səfərin dünyanın bir çox regionlarında hərbi-siyasi gərginliyin pik həddə çatdığı, bir çox regionlarında lokal müharibələrin getdiyi, lakin onların hər an qlobal müharibəyə çevrilmək ehtimalının yüksək olduğu bir zamanda baş verməsi böyük maraq doğurur. Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri, İsrail-İran və Türkiyə-İsrail münasibətləri, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan dialoqu, Rusiya –Ermənistan və Rusiya-ABŞ-Qərbi Avropa arasında gərginlik və s. Bütün bunların hamısı ya birbaşa, ya da dolayısı ilə Azərbaycanın da tərkib hissəsi olduğu Qafqaz regionu ilə bağlıdır. Və bütün bunların içindən salamat, ən pis halda isə minimum maddi və mənəvi itki ilə çıxmaq əlbəttə ki, böyük səriştə və siyasi bacarıq tələb edir.

Son illərin çılğın siyasi prosesləri və dünya düzəninin az qala yenidən cızılması fonunda Azərbaycanın öz şəksiz lideri İlham Əliyevin timsalında bunun öhdəsindən bacarıqla gəldiyini əminliklə deyə bilərik: davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət, dost ölkələrin coğrafiyasının genişlənməsi və s. ölkəmizi təkcə regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevirib. Belə bir dövlətlə yüksək səviyyəli münasibətlər qurmaq, bu münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirmək şübhəsiz ki, hər bir dövlətin mənafeyinə uyğundur ki, onlardan biri də Rusiyadır.
Lakin bu gün şimal qonşumuzun başı dardadır. İki ildən artıq bir müddətdə Ukrayna ilə davam edən müharibə (bu müharibənin səbəbləri, kimin haqlı, kimin haqsız olması başqa bir mövzunun söhbətidir), bu müharibə fonunda ABŞ və Qərbin tətbiq etdiyi öldürücü sanksiyalar, ən aparıcı dövlətlərin üz döndərməsi və s. dünyanın ikinci nəhəng dövlətini əməlli-başlı çətin vəziyyətə salıb. Əsas gəlirləri enerji resurslarının ixracından formalaşan Rusiya, indi misli görünməmiş maliyyə böhranı ilə üzləşib.

İş o yerə gəlib çatıb ki, əsrlər boyu yedirdib-içirtdiyi, bəsləyib qoynuna basdığı Ermənistan da ondan üz döndərib...
Hər şeyə rəğmən darda, çətində olana zərbə vurmaq Azərbaycana xas davranış deyil.(burada tarixi qurdalamaq istərdik, lakin...) 
Biz Ukrayna ilə də dostluq münasibətlərimizi qoruyub saxlamaq, onun ərazi bütövlüyünü dəstəkləmək, humanitar yardımlarımızı əsirgəməmək şərtilə, Rusiya ilə də qarşılıqlı-faydalı əməkdaşlıqdan imtina etmirik. Çünki bu ölkə ilə çoxəsrlik siyasi, iqtisadi və mədəni əlaqələrimiz mövcuddur. 
Uzağa getməyək, təkcə 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,1 milyard dollar olub. Bu ilin ilk altı ayında isə 7,1 faiz artaraq iki milyard dollar təşkil edib. Enerji sahəsində də əməkdaşlıq inkişaf edir. Rusiya və Azərbaycan şirkətləri Xəzər dənizinin şelfində də daxil olmaqla, neft və qaz hasilatı ilə məşğuldurlar. 

Bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi hər iki ölkənin, xüsusilə də sanksiyalar altında əzilən Rusiya üçün mühüm əhəmiyyət kəsb edir.

Lakin Rusiyadan fərqli olaraq, Azərbaycanın həm Avropa, həm Asiya, həm də dünyanın digər regionları və ölkələri iə yaxşı əlaqələri vardır. Ölkəmiz həm BRİKS, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) kimi platformalarda iştirak edir, həm də ATƏT, NATO, Avropa İttifaqı və Qərbin digər qurumları  ilə (kiçik istisnalarla) münasibətləri kəmiyyət və keyfiyyət baxımından durmadan genişləndirir. Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır, Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. 

Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərini qarşılıqlı fayda və hörmət prinsipləri əsasında qurmaqda maraqlıdır. Bu gün Bakıda iki ölkə liderləri arasında imzalanan sənədlər və qəbul edilən birgə Bəyannamə də fikirlərimizi təsdiq edir. İqtisadi, humanitar, elm, təhsil və mədəniyyət əlaqələrin inkişafından tutmuş, siyasi, regional və qlobal səviyyədə əməkdaşlıq, milli təhlükəsizlik, ölkələrin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, terrorçuluqla mübarizə, hərbi-texniki əməkdaşlıq kimi müddəaların da əksini tapdığı Bəyannamə, fikrimizcə Azərbaycan-Rusiya münasibətlərində yeni bir mərhələnin başlanğıcı, bir yol xəritəsi deməkdir.  
Lakin bütün bunlar heç şübhəsiz ki, Vladimir Putinin Azərbaycan səfərinin yalnız görünən tərəfləridir. Əlbəttə ki, liderlər bağlı qapılar araxasında keçirilən təkbətək görüşdə hər iki ölkəni maraqlandıran bir çox regional və qlobal problemləri, o cümlədən Rusiya-Ukrayna müharibəsini də danışıb, bu böhrandan çıxış yollarını müzakirə ediblər. Hesab edirik ki, yaxın gələcəkdə bu müzakirələrin və məsləhətləşmələrin müsbət nəticələrini görə bilərik.

Fərid Şahbazlı,
Siyasi şərhçi 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu