Vladimir Putinin Türkiyəyə səfəri başladı

Vladimir Putinin Türkiyəyə səfəri başladı
DÜNYA
20:40 28.09.2017
1141

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başlayıb.

Bbu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında təkbətək görüş keçiriləcək.

Dövlət başçıları İraqda keçirilən "referendumu”, Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

Bundan başqa, prezidentlər Rusiyanın "S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, "Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə edəcəklər.

OXŞAR XƏBƏRLƏR