Övladına evində toy edən atanı polis tutdu

Övladına evində toy edən atanı polis tutdu
SOSİAL
11:06 14.04.2021
299
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Taleh Həsənov yaşadığı evdə qonaqların iştirakı ilə öz övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

OXŞAR XƏBƏRLƏR