ABŞ-da yaşayan Mett Şaha xərçəng müalicəsi nəticəsində saçları tökülən anası üçün öz saçından parik düzəldib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Arizona ştatında yaşayan Melanie Shaha 2017-ci ildə müayinə zamanı xərçəng xəstəliyinin təkrarlandığını və şüa terapiyası nəticəsində saçlarının töküldüyünü öyrənib.
Ailə yeməyi zamanı 28 yaşlı oğlu Mett "Saçlarımı uzadıb sənə parik düzəldəcəm" deyib. Gənc oğlan əvvəlcə zarafat kimi irəli sürdüyü bu fikrin heç də pis fikir olmadığını düşünərək saçlarını uzatmağa başlayıb.
Etdiyi fədakarlıqla anasına çox mənalı hədiyyə verən Mett Şahanın saçlarından üç ilə yaxın kəsilməyən parik düzəldilib, bərbər tərəfindən müasir üsulla kəsilib boyanıb.
Mikayıl