Övladını məktəbə aparan qadını maşın vurdu: sürücü qaçdı

Övladını məktəbə aparan qadını maşın vurdu: sürücü qaçdı
SOSİAL
15:56 14.02.2017
2677
Bakıda avtomobil övladını məktəbə aparan qadını vurub.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Zabrat qəsəbəsində 1992-ci il təvəllüdlü Qarayeva Sahilə Şəmsəd qızı 307 saylı orta məktəbə qız övladını apararkən onu avtomobil vuraraq ərazidən uzaqlaşıb. S.Qarayeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15 -ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. S.Qarayeva ilkin ifadəsində bildirib ki, onu avtomobillə vuran sürücü qadının ünvanına nalayiq ifadələr işlədib və ərazidən uzaqlaşıb.
 
///report
OXŞAR XƏBƏRLƏR