"ATV”-nin "Bizimləsən” proqramına qonaq olan şəxs övladının adını unudub.
AZXEBER.COM xəbər verir ki, aparıcı Zaur Baxışəliyev verilişin iştirakçısı Xaliddən övladının adını soruşub. Aparıcının aldığı cavab gözlənilməz olub.
Belə ki, Xalid verilən bu sual qarşısında bir az fikirləşdikdən sonra övladının adını xatırlamayıb. Daha sonra isə yalnış söyləyib. Övladının adının Nazənin olduğunu deyən ataya ətrafdan qızının adının Aylin olduğu ilə bağlı düzəliş edilib.
Studiyada əyləşənlərin və ekspertlərin narazılıqla qarşıladığı hadisədən sonra Xalid Zaurdan verilişin bu hissəsinin kəsilib, efirə verilməməsini xahiş edib.