Övladlarına kvadraskil alan valideynlərə XƏBƏRDARLIQ - VİDEO

Övladlarına kvadraskil alan valideynlərə XƏBƏRDARLIQ - VİDEO
SOSİAL
23:09 28.07.2026
324
Kvadraskillə minik avtomobili toqquşub.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Ağstafada baş verib. Kiçik elektrikli nəqliyyat vasitəsində olan iki nəfərdən biri həyatını itirib, digəri isə ağır xəsarət alıb.

Son zamanlar yeniyetmələr arasında kvadraskillərə maraq artıb. Edilən xəbərdarlıqlara baxmayaraq, hələ də təhlükəsizlik qaydalarına əməl etməyənlər var. Kimisi bunu qazanc mənbəyinə çevirərək azyaşlıları kvadrasikl sürməyə dəvət edir, kimisi isə onlara bu nəqliyyat vasitələrinin satışını təklif edir.

Bu nəqliyyat vasitələrinin satışı ilə məşğul olan bəzi mağazalarla əlaqə saxladıq. Bildirildi ki, satış zamanı sürüclük vəsiqəsi tələb edilmir.
 
Baş verən bədbəxt hadisələri nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi kvadrasikl idarə edən şəxslərə və valideynlərə xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsi valideynləri övladlarının təhlükəsizliyinə daha həssas yanaşmağa, kvadrisikl istifadəçilərini isə məsuliyyətli davranmağa çağırır.


OXŞAR XƏBƏRLƏR