'Voice of Karabakh' qəzetinin 100-cü sayının işıq üzü görməsi münasibətilə 'dəyirmi masa' keçirildi

MEDİA
21:06 15.05.2013
1126

15 may “Beynəlxalq Mətbuat Mərkəzində” "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi tərəfindən "Qolos Karabaxa"-"Voice of Karabakh" qəzetinin 100-cü sayının işıq üzü görməsi münasibətilə "dəyirmi masa" keçirilib.AZXEBER.COM-un məluatına görə, təşkilatın sədri Nadir Abdullayev bildirib ki, qəzeti 2004 – cü ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti , milllət vəkili Elxan Süleymanov tərəfindən təsis edilərkən qarşıya Azərbaycanın haqq işinin , Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində yaxından iştirak etmək məqsədi qoyulmuşdu . Bu gündə qəzet Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Qəzetdə ermənilərin Azərbaycan ərazisində məskunlaşması, məskunlaşdığı dövrdən bəri azərbacanlılara qarşı soyqırım, işğalçılıq siyasəti, yüz minlərlə insanın doğma yurdundan didərgin düşməsi, milli maddi-mədəniyyət abidələrinin dağıdılmsı və erməniləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə, BMT təşhlükəsizlik Şurasının qəbul etdiyi sənədlər, ATƏT-in Minsk qrupunun uzunmüddətli və səmərəsiz fəaliyəti və s. sahələrlə bağlı məsələlər yer alıb. Qəzet ingilis və rus dilində Azərbaycandan kənarda , dünyanın 64 ölkədə Azərbaycan diaspor təşkilatları tərəfindən yayılır. Bu baxımdan qəzetin çox böyük oxucu kütləsi var.

Qəzetin redaktoru Qədir Nəsirov da öz çıxışında bildirib ki, qəzetin indiyədək çap olunmuş 100 sayında 1700-dən artıq yazı dərc olunub ki, bunlardan 1400-ə yaxını bilavasitə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır: “Dərc olunmuş 320 məqalə qeyri-azərbaycanlı müəlliflər, 110-u isə elm adamları tərəfindən yazılıb. Qəzetdə həmçinin, Azərbaycanın 100 Milli Qəhrəmanının həyat və döyüş yolu barəsində məqalələr dərc edilib”

Tədbirdə iştirak edən elm adamları, ictimai xadimlər və qeyri-hökumət təşkiatlarının nümayəndələri öz çıxışlarında qəzet barəsində fikirlərini bildirib, təklif və iradlarını səsləndiriblər.
OXŞAR XƏBƏRLƏR