Voleybolçularımız Latviyaya qalib gəldilər

İDMAN
15:56 13.12.2013
864

Kaunasda Şərqi Avropa Ölkələrinin Zonal Voleybol Assosasiyasının (EEVZA) Çempionatı start götürüb.

AZXEBER.COM-un Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Çempionat 1998-1999-cu il təvəllüdlü qızlar arasında keçirilir.Yığmamız artıq 2 görüş keçirib və ilk görüşdə Latviyaya 3:2 hesabı ilə qalib gəlib. Daha sonra komandamız Polşaya 0:3 hesabı ilə məğlub olub. Turnir dekabrın 15-də sona çatacaq.

OXŞAR XƏBƏRLƏR