Voleybolumuz biabırçı vəziyyətdə - Günahkar kimdir?

SOSİAL
15:31 16.05.2016
1601
Xəbər verdiyimiz kimi, Azərbaycanın kişilərdən ibarət voleybol milli komandası Gürcüstanda keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak etməkdən imtina edib. “Qafqazinfo” xəbər verir ki, komandamız forma və qida çatışmazlığına görə yarışa qatılmayacağını qərara alıb.
Bu barədə açıqlama verən milli komandamızın baş məşqçisi Fərid Cəlalov məlumatı təsdiqləyib və problemlərdən danışıb: “Çox pis vəziyyətdəyik. Bilirsiz, mən sizə son 1 ildə yaranmış situasiyadan danışmıram. 1999-cu ildən 2016-cı ilə kimi olan durumdan bəhs edirəm. Problemlər içində boğuluruq. İndiyə kimi burdan maaş almamışam. Amma çalışırıq ki, vətən üçün nəsə edək. Biz idman ölkəsiyik və daima ölkə başçımız idmana diqqət ayırıb. Lakin müəyyən problemlər daim mövcuddur. Bizə maliyyə ayrılmır. Nə qədər ayaqüstə durmağa çalışsaq da, artıq alınmır”.
Baş məşqçi “Azərbaycan Voleybol Federasiyası sizə niyə diqqət ayırmır” sualına belə cavab verib: “Bilirsiz, federasiya deyəndə bizim ağlımıza Faiq Qarayev gəlir. O, hər zaman bizim arxamızda durub. Daim diqqət göstərir, maraqlanır. Amma maddi imkanlar onun əlində deyil. O, dünyaşöhrətli adamdır və voleybol üçün nəsə etmək fikrindədir. Sadəcə indiki problemlər onu da aşır. Axı maliyyə ayrılmır, pul verilmir. Faiq müəllim nə edə bilər ki? Öz cibindən pullar xərcləyib. Təsəvvür edin ki, hansısa məşqçi gedir ona yaxınlaşır ki, mənə bu qədər pul lazımdır, evimə çörək aparmalıyam. Təsəvvür edirsiz ki, komandada olan voleybolçular məşqdən sonra gedib fəhlə işləyir ki, evinə bir tikə çörək aparsın. Peşəkar idmançı belə yaşamalıdır? Bəziləri gecə növbəsində mühafizəçi işləyir. Belə getsə, komanda dağılacaq. Dilənçi kimi yaşayırıq. Buna başqa nə ad vermək olar. Əvvəllər qadın voleyboluna diqqət olurdu, indi onlar da pis vəziyyətdədir”.
Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev isə problemin artıq həll olunduğunu bildirib: “Komandamız Gürcüstana gedəcək. Bununla bağlı problemləri həll etdik. Amma təkcə Avropa çempionatının seçmə mərhələsinə getməklə komanda düzəlmir. Voleybolda olan problemlər kökündən həll olunmalıdır. Bunula bağlı Gənclər və İdman Naziri Azad Rəhimovla, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşdük. Söhbət elədik və bizə söz verdilər ki, məsələlər həll olunacaq. Ölkə başçısı İlham Əliyevin göstərişlərinə əsasən problemlər yoluna qoyulacaq. AVF-nın prezidenti Ziya Məmmədovla da bu barədə söhbətimiz olub. Onunla da danışdıq. Bütün məsələlər öz həllini tapmalıdır”.
///“Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"