Serbiya Prezidenti Aleksandr Vuçiç 27 sentyabrda istefa verəcəyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Vuçiç istefa verdiyi axşam ölkə vətəndaşlarına müraciət edəcəyini və onlara dəstəklərinə görə təşəkkür edəcəyini bildirib. O, həmçinin, vəzifəsindən ayrıldıqdan sonra adi vətəndaş kimi yaşayacağını da qeyd edib.
"Mən Serbiyaya və bu ölkənin vətəndaşlarına sədaqətlə xidmət etmişəm", - deyə Serbiya lideri bildirib.