Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib

Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
DÜNYA
21:22 01.05.2025
178
Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Avropa İttifaqı nümayəndələrinin mümkün sanksiyalarla bağlı təzyiqləri onun Rusiyada keçiriləcək Qələbə Paradına səfərini ləğv etməsinə səbəb olmayacaq.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, ölkə prezidentinin açıqlamasını Serbiya mediası yayıb.

"Mən Rusiya Prezidenti Vladimir Putinə dedim ki, 9 mayda Moskvaya gələcəyəm. Söz vermişəmsə, öhdəlik götürmüşən. Mən bu sözü öz xalqıma, hər kəsə vermişəm”, – deyə Vuçiç deyib.

Prezident həmçinin əlavə edib ki, Serbiya, vədlərə uyğun olaraq, Avropa yolunda qalmaqda davam edəcək.
OXŞAR XƏBƏRLƏR