İslandiyanın cənub-qərbindəki Reykjanes şəhərində son bir aydır aktiv olduğu təsbit edilən vulkan püskürüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər son həftələrdə son dərəcə aktivləşən vulkanın vurduğu ziyanı azaltmaq üçün ərazini bir müddət əvvəl boşaldıb.
Grindavik və təxminən 4 min insanın yaşadığı geotermal spa mərkəzi də təxliyə edilib.
Rəsmi qurumların dərc etdiyi fotoşəkillərdə parlaq yaşıl və narıncı lavaların səmanı işıqlandırdığı və lavanın sürətlə yayıldığı görünür.
İslandiya Meteorologiya İdarəsi "Seysmik aktivlik partlayışın Grindavik istiqamətində davam edəcəyini göstərir. Yer səthindəki çat 3.5 kilometr uzunluğundadır və genişlənməyə davam edir", - deyib.
Səlahiyyətlilər saniyədə 100-200 kubmetr lavanın axdığını və bu sürətin əvvəlki partlayışlardan xeyli böyük olduğunu da açıqlayıblar.
Digər tərəfdən, vulkanın püskürməsindən sonra bir çox islandiyalı hadisə yerinə gedərək bütün xəbərdarlıqlara baxmayaraq partlayış anının şahidi olub.
Mikayıl