Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat

Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
SOSİAL
15:56 10.06.2026
217
"Osman Mirzəyev Adina 5 Sayli Uşaq Evi Sosial Xidmət Müəssisəsi" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən ayrılıb. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun müvafiq əmri ilə Quliyeva Samirə Şahgəldi qızı sözügedən müəssisənin direktoru vəzifəsindən azad edilib. 

Ona Sosial Xidmətlər Agentliyində başqa bir qurumda vəzifə verilib. 

5 Sayli Uşaq Evi Sosial Xidmət Müəssisəsinin direktoru vəzifəsinə müvəqqəti olaraq Məmmədova Nərmin Əhməd qızı gətirilib.
 
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR