Vüqar Ələkbərovun əməliyyat etdiyi şəxslərdən ikisi şikayətçidir - Rəsmi açıqlama

Vüqar Ələkbərovun əməliyyat etdiyi şəxslərdən ikisi şikayətçidir - Rəsmi açıqlama
SOSİAL
16:42 29.12.2025
505
Plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan verilən şikayət üzrə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır.

"Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, - qeyd olunub.

Xatırladaq ki, sosial şəbəkədə plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan sonra pasiyentin bədəninin çürüməsi ilə bağlı məlumatlar yayılıb.
OXŞAR XƏBƏRLƏR