Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn olunacaq

İDMAN
13:42 13.01.2014
1242
Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi sabah olacaq.

Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, Respublika Şahmat Mərkəzində baş tutacaq tədbir saat 11:00-da başlayacaq.

Üç saat davam edəcək vida mərasimindən sonra cənazə götürülərək, torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq. Bunun ardından Təzəpir məscidində ehsan veriləcək.

Qeyd edək ki, Həşimovun nəşi gecə saatlarında xüsusi reyslə Bakıya gətiriləcək.

OXŞAR XƏBƏRLƏR