Vüqar Həşimovun xatirəsinə Moskvada turnir keçiriləcək

İDMAN
17:15 18.04.2014
1375
Mərhum şahmat ustasının xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Turniri keçiriləcək
Vüqar Həşimovun xatirəsi Moskvada anılacaq. Yeni Nəfəs Hərəkatı Moskva nümayəndiliyindən AZXEBER.COM-a verilən məlumata görə, onun xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Turniri keçiriləcək.
Yeni Nəfəs Hərəkatı Moskva nümayəndiliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi fondunun birgə təşkilatçılığı ilə şahmat turniri keçiriləcək.
Hərəkatın Moskva nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilinin verdiyi məlumata görə, turnir dünya şöhrətli şahmat ustası, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunacaq: “Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu ilə birlikdə 25 aprel 2014-cü ildə Moskva şəhərində dünya şöhrətli azərbaycanlı şahmat ustası, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçirəcəyik. Vüqar Həşimov çox gənc yaşında bizləri tərk etsə də, Azərbaycanın şahmat sahəsində dünyada tanınması üçün böyük uğurlar əldə edib. Buna görə də, xaricdə yaşayan və fəaliyyət göstərən gənclər kimi biz də Vüqar Həşimovun xatirəsini beynəlxalq şahmat turniri təşkil etməklə yad etmək qərarına gəldik. Turnirdə bir çox ölkələrdən tanınmış şahmatçılar iştirak edəcək”.
OXŞAR XƏBƏRLƏR