Vüqar İskəndərov: "Bu barbarlığı törədənlər cəzasız qalmayacaq"

Vüqar İskəndərov: "Bu barbarlığı törədənlər cəzasız qalmayacaq"
SİYASƏT
15:50 17.04.2023
238
Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri - Aqşin Bəbirov və Hüseyn Axundova qarşı cinayət işi açılıb, həbs ediliblər.

Onlar "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda ittiham olunurlar”
 
Milli Məclisin deputatı Vüqar İskəndərov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ermənistan qədər beynəlxalq hüququ və onun prinsiplərini pozan ikinci ölkə tapmaq çətindir:
 
"Erməni dövləti yaradılanda, coğrafiyaya yerləşdiriləndə məqsədi barbar, vəhşilik, dövlətlərin sərhədinin toxunulmazlığını pozmaq, suverenliyə xələl yetirmək funksiyası üçün yaradılıb. Yaradılışından öncə də, sonra da həmin missiyanı həyata keçirir. Hər ölkə ilə onun torpaq iddiası mövcuddur. Bacısı və ya qardaşı İrandan başqa hər ölkə üçün torpaq iddiaları var. Gürcüstan, Azərbaycan, Türkiyə, dənizdən-dənizə böyük Ermənistan iddiası çox təəssüf ki, zaman keçdikcə, erməni nəsli yeniləndikdə onların düşüncəsini dəyişə bilmir. Nə erməni kilsəsi, nə yalançı, uydurulmuş tarixi, nə də dövlət sistemi bu toplumu normal sivil məcrada inkişafa gətirib çıxarmağa qoymur. Ermənistan dövlət kimi bir çox konvensiyalara qoşulsa da, bəlkə dünyada Ermənistan qədər bu dövlətə oxşayan, amma dövləti olmayan bu sistem, rejim qədər həmin beynəlxalq konvensiyaları, beynəlxalq hüququ və onun prinsiplərini pozan ikinci ölkə tapmaq çətindir".

Deputat qeyd edib ki, bu barbarlığı törədənlər cəzasız qalmayacaq:

"Təbii ki, əsirlərin, girovların dəyişdirilməsi, saxlanılması ilə bağlı konvensiyalar mövcuddur və onlar əksər dövlətlər tərəfindən həmin qanunlara riayət olunur. Dəfələrlə Azərbaycan ərazisində həm əsir düşən, həm də terrorçuluq törədən, Vətən müharibəsi bitdikdən sonra ərazimizə soxularaq digər qanunsuz əməllər törədən və tutulan ermənilərlə bağlı Azərbaycan bütün beynəlxalq hüququn tələblərinə ciddi əməl edib. Bu, bizim insani tərəfimizdən irəli gəlir. Azərbaycan insanı tolerantdır, sülhə meyllidir. Bunu biz ermənilərdə görmürük. Onların əsirlərlə davranışı, onların qoca və uşaqla, hərbiçi ilə, mülki insanla, vətəndaşla vəhşi kimi davranışları insanlığa sığmayan bu qəbilə xisləti bu gün dövlət siyasəti kimi həyata keçirilir. Təəssüflər olsun ki, son zamanlar əsir düşən iki hərbçimizə qarşı törədilən bu vəhşi, bu barbarlıq bird aha ermənilər iç üzünü açdı. Bir daha ermənilər beynəlxalq hüquqa necə saymazyana yanaşmalarını göstərdilər. Yolunu azaraq, dumana düşərək şərti sərhədi keçən əsgərlərə bu vəhşiliyin törədilməsi və onlarla bu davranış, hətta onların həbs olunması dediklərimizin bariz nümunəsidir. Ermənistan onlarla davranışlarına, beynəlxalq hüquqa uyğun addım atmalıdır. Hərbçilərimizin geri qayıtması üçün danışıqlara başlanılmalıdır. Onların saxlanma şəraiti və fundamental hüquqları qorunmalıdır. Unutmamalıdırlar ki, bu hadisələrə görə Azərbaycan tərəfi cinayət işi qaldırıb. Bu barbar hərəkətləri törədənlər cəzasız qalmayacaq".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum oldu
17:59 14.03.2025
Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum oldu
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
17:45 14.03.2025
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
17:36 14.03.2025
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
17:27 14.03.2025
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
17:21 14.03.2025
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
17:17 14.03.2025
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
17:16 14.03.2025
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
17:12 14.03.2025
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
17:05 14.03.2025
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
16:59 14.03.2025
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
16:57 14.03.2025
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
16:53 14.03.2025
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
16:49 14.03.2025
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
16:44 14.03.2025
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq
16:40 14.03.2025
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"
16:31 14.03.2025
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"