Vüqar Rəhimzadənin 50 illik yubileyi keçirilib

Vüqar Rəhimzadənin 50 illik yubileyi keçirilib
MEDIA
14:38 14.12.2017
1308

Bakı Ali Neft Məktəbində "İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

AZXEBER.COM xəbər verir ki, tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və digər kollektiv üzvləri iştirak ediblər.


Tədbiri öz çıxışı ilə açan BANM-in rektoru Elmar Qasımov Vüqar Rəhimzadəni tədbir iştirakçılarına daha yaxından tanıdıb, onu Azərbaycan xalqının ən sadiq jurnalisti adlandırıb. Rektor dövlətçiliyin möhkəmləndirilməsinə, milli müstəqilliyimizin qorunub saxlanılmasına, xalqımıza sədaqətə, demokratik dəyərlərə, vətəndaş cəmiyyətinin inkişafına, milli ruhun oyanmasına, söz və fikir azadlığının təmin olunmasına yönəlmiş uğurlu fəaliyyətinin Vüqar Rəhimzadəyə ölkə ictimaiyyəti və kütləvi informasiya vasitələri işçiləri arasında böyük nüfuz qazandırdığını söyləyib. Elmar Qasımov məhz həmin xidmətlərinə görə Azərbaycan hökuməti və SOCAR-ın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək Vüqar Rəhimzadənin "Əməkdar jurnalist” fəxri adına, "Vətənə xidmətə görə” ordeninə və SOCAR-ın Fəxri fərmanına layiq görüldüyünü vurğulayıb.

 

Rektor həmçinin "İki sahil” qəzetinin Ali Məktəbin ən yaxın tərəfdaşı olduğunu, Ali Məktəbin ilk yarandığı gündən onu dəstəkləyərək ictimaiyyətə tanıtmaqda böyük yardım etdiyini bildirib. Tədbirdə Elmar Qasımov Ali Məktəbin kollektivi adından Vüqar Rəhimzadəyə onun uğurlu fəaliyyətindən bəhs edən Ünvannaməni və Ali Məktəbin fəaliyyətinin ölkə ictimaiyyəti arasında təbliğinə verdiyi dəyərli töhfələrə görə Təşəkkürnamə plaketi təqdim edib.

Tədbirin sonunda Vüqar Rəhimzadə Ali Məktəbin rəhbərliyinə və bütün kollektivinə ona olan diqqət və hörmətə görə təşəkkür edib. Ali Məktəbin hər zaman onun üçün doğma olduğunu bildirən əməkdar jurnalist BANM-ı Azərbaycanın ən nüfuzlu ali təhsil ocağı adlandırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb