Vüqar Verdiyev mütləq çempion oldu – FOTOLAR

İDMAN
10:15 01.12.2014
5349

Yarışda Şəki, Gəncə, Naxçıvan və Bakı şəhərlərindən idmançılar mübarizə aparıblar.

Azərbaycanın ən güclü bodibildinqçiləri müəyyənləşdi.AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, dünən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bodibildinq üzrə Azərbaycan çempionatı keçirilib.

Yarışda Şəki, Gəncə, Naxçıvan və Bakı şəhərlərindən idmançılar mübarizə aparıblar.

+60 çəkidə I yer Teymur Aslanova qismət olub.

Çəkisi +80 kq olan idmançıların yarışında I yeri Yalçın Məmmədov (“Bakı Best GYM” klubu) tutub.

+90 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala“Bakı Best GYM” klubunun üzvü Vüqar Verdiyev layiq görülüb.

Bu çəkidə çempion adını qazanan, Avropa çempionatının gümüş medalçısı Vüqar Verdiyev, həmçinin yenidən bodibildinq üzrə Azərbaycan çempionatının mütləq çempionu tituluna sahib olub.

OXŞAR XƏBƏRLƏR