"Atama haqqımı halal etmirəm"
ARB TV-nin"Bazar Düzü"verilişinin növbəti
qonağı müğənniVüqar Muradovolub.
Atasından sevgi
görmədiyini deyən sənətçi ona görə travma aldığını etiraf edib:
"Atam kommunist fikirli insandır. Dünya gözəli insandır, lakin övladına
sevgisini göstərə bilməyən biridir. Ona görə travmalıyam. Atam kimi ata olmayacağam.
Elə ata olacağamsa, atalıq mənə qismət olmasın. Haradasa atam kimi birini görəndə
də aqressiv oluram. Bir övlada balam sözünü demək bu qədər mi çətin idi? Həyatda
heç nəyə ehtiyacım olmayıb. Atama haqqımı halal etmirəm".