Vurulan gəminin kapitanı Lənkəranda dəfn olundu

Vurulan gəminin kapitanı Lənkəranda dəfn olundu
SOSİAL
13:26 19.07.2026
326
Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb.

AZXEBER.COM-un məlumatına görə, S.Nəsrullayevin cənazəsi Lənkəran rayonuna gətirilib.

Mərhumun nəşi doğulduğu Balıqçılar qəsəbəsində ailəsinə təhvil verilib, o, sonra qəbiristanlıqda dəfn olunub.

Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub. (Report)
OXŞAR XƏBƏRLƏR