“Vurulan helikopterlə bağlı tərəflərlə dialoq aparılır”

“Vurulan helikopterlə bağlı tərəflərlə dialoq aparılır”
SİYASƏT
18:00 17.11.2014
1554
Məlumat verdiyimiz kimi, ATƏT-in fəaliyyətdə olan həmsədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Qarabağa gəlib. Erməni KİV-nin məlumatına görə, A.Kasprşik ötən gün Xankəndində separatçıların rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə cəbhə xəttində vəziyyət, həmçinin noyabrın 12-də ermənilərə məxsus hərbi helikopterin vurulması müzakirə olunub.
Açıqlanan məlumatlarda qeyd olunur ki, A.Kasprşik erməni hərbi vertolyotunun düşdüyü yerə baş çəkəcək. Bu barədə xəbər qondarma rejimin “prezidentinin” mətbuat katibi David Babayana istinadən yayılıb.
“Hadisə yeri atəş altındadırsa, Kasprşikin ora baş çəkməsi necə mümkün olacaq?” sualına Babayan təhlükəsizlik və atəşin dayandırılması istiqamətində iş aparıldığını söyləyib.
Babayan ATƏT nümayəndəsinin bu səfəri ərəfəsində pilotların cəsədlərinin ərazidən çıxarılacağına ümid etdiklərini də bildirib.
Qeyd edək ki, A.Kasprşikin səfəri zamanı tərəflərin təmas xəttində monitorinq keçiriləcəyi nəzərdə tutulur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyindən AZXEBERCOM-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri polkovnik Markus Uidmer (İsveçrə) keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vitaliy Belokon (Rusiya) keçirəcəklər.
Erməni vertolyotunun vurulmasından sonra ərazidə qalan meyitlərin və qalıqların götürülməsi ilə bağlı müzakirələ gəlincə isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Dərgahlı bunu söyləyib: “Hələlik bu istiqamətdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anje Kasprşiklə Azərbaycan Müdafiə Nazirliyi arasında müzakirələr aparılmayıb. Bu məsələ ilə əlaqədar danışıqlarda konkret nəticə olduğunda əlavə məlumat veriləcək”.
Erməni tərəfi isə sözügedən məsələdə ittihamlarını səsləndirməkdə davam edir: “Hələ də Azərbaycan tərəfindən Qarabağda vurulan vertolyotun düşdüyü əraziyə yaxınlaşmaq mümkün olmayıb".
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
O bildirib ki, ATƏT vertolyotun vurulduğu ərazidə monitorinq keçirməyə məcburdur. Əks təqdirdə, ümumiyyətlə, monitorinqin keçirilməsinin heç bir mənası və əhəmiyyəti yoxdur.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə AZXEBER.COM-a sözügedən situasiya ilə əlaqədar bunları bildirib: “Beynəlxalq təşkilat mandatına uyğun olaraq, hazırda bu məsələ ilə əlaqədar tərəflərlə dialoqunu davam etdirməkdədir”.
Xatırladaq ki, noyabrın 12-də Ermənistana məxsus Mi-24 döyüş helikopteri Ağdamda mövqelərimizə hücuma cəhd etdiyi zaman vurulub. Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.
Azxeber.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb