Qırmızı dənizdə ticarət gəmilərini hədəf alan Yəmən husilərinin ötən həftə vurduğu Yunan neft tankeri hələ də yanır.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, tankerdə neft sızması olduğu bildirilib.
Belə ki, Yəməndə İranın dəstəklədiyi husilər avqustun 23-də MV Sounion adlı yunan gəmisini İsrail limanlarına giriş qadağasını pozmağı iddiası ilə hədəfə alıblar.
Böyük ziyan görən gəmi Qırmızı dənizdə köməksiz vəziyyətdə qalıb.
Pentaqonun sözçüsü Patrick Ryder bildirib ki, üçüncü bir tərəf Sounion-u azad etmək üçün iki ehtiyyat gəmisi göndərməyə çalışıb, lakin Husilər onları hücum etməklə hədələyiblər.
Rayder, tankerin təxminən 1 milyon barel xam neft daşıdığını bildirib.
Rayder vurğulayıb ki, husilərin hücumları qlobal və regional ticari sabitliyi pozmaq istəyən və günahsız mülki dənizçilərin həyatını təhlükə altına alan terrorçulardır.
Sözçü əlavə edib ki, ABŞ ordusu gəmiyə kömək etmək üçün bölgədəki digər tərəfdaşlarla işləyir.
Qeyd edək ki, Sounion, bu ay Qırmızı dənizdə hücuma məruz qalan Afinada yerləşən Delta Tankerlərinin idarə etdiyi üçüncü gəmi idi.
Oksana