Bir manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrinin aqibəti necə olacaq? - RƏSMİ

Bir manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrinin aqibəti necə olacaq? - RƏSMİ
SOSİAL
13:46 28.04.2021
1528
"Şənbə və bazar günləri 1 manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrini bəzi daşıyıcıların himayə etməsi barədə bizdə məlumat var. Onlarla bağlı müvafiq iş aparılacaq".

AZXEBER.COM xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə bununla bağlı boşluq olduğu üçün BNA hər hansı cəzalandırma metodundan istifadə edə bilmir. "Biz sadəcə məlumatlandıra bilərik. Bundan başqa təkliflər artıq hazırlanaraq, hökumətə təqdim edilib. Yaxın zamanlarda onlarla bağlı iş aparılacaq".
OXŞAR XƏBƏRLƏR