Vüsal Quliyev bildirib ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma "Böyük Ermənistan" yaratmaq iddiaları ilə xalqımıza qarşı terrorçuluq, təcavüz, etnik təmizləmə siyasəti həyata keçirib.
V.Quliyev vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və yeddi ətraf rayon 25 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır və bütün bu ərazilər ermənilər tərəfindn etnik təmizlməyə məruz qalıb, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:
"Xocalı soyqırımı isə Ermənistanın Azərbaycan xalqına qarşı bu təcavüzünün ən qanlı və yaddaşlardan silinmyəyən səhifəsidir. Xocalıda insanlar vəhşicəsinə qətlə yetirildi, şəhər yer üzündən silindi. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən böyük işlər görülür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərar və qətnamələr ölkəmizin beynəlxalq aləmdə mövqeyinin təsdiqlənməsi və möhkəmlənməsi üçün əsasdır".
V.Quliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycan güclü dövlətə çevrilib:
"Azərbaycan çox böyük uğurlara imza atıb, güclü ordumuz var. Prezident İlham Əliyev Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcəyini bildirib. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, aprel döyüşləri də Azərbaycanın gücünü göstərdi. O torpaqlar bizimdir və biz o torpaqlara qayıdacağıq".