"Mənfi obrazları elə canlandırmışdı ki, mənim içimdə ona qarşı nifrət var idi”.
Bu sözləri aparıcı Vüsalə Əlizadə ATV-də yayımlanan "7 canlı” verilişində mərhum Xalq artisti Muxtar Maniyev haqqında deyib.
Vüsalə qeyd edib ki, Maniyev oynadığı rolları peşəkarcasına canlandırıb:
"Rolu elə canlandırırsan ki, tamaşaçı səni həyatda da o insan kimi görür. Biz uşaqlıqdan belə böyümüşük. Bizim dəyərli aktyorlarımız mənfi rolları o qədər peşəkarcasına ifa ediblər ki... Mən illər sonra universitetdə oxuyanda dəyərli sənətkarımız Muxtar Maniyevi sevməyə başladım. Amma o, mənfi obrazları elə canlandırmışdı ki, mənim içimdə ona qarşı nifrət var idi”.