Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilən və ulu yazar Ahmet Yeseviyə həsr olunan Beynəlxalq mədəniyyət gecəsi keçirilib.
25 ölkənin iştirak etdiyi gecədə Azərbaycanı bəstəkar Vüsalə Hikmət təmsil edib. Bu haqda o, özü AZXEBER.COM-a məlumat verib:
"Səhnədə özüm orada yazdığım şeiri oxudum və bütün zal ayaq üstə alqışladı. Ölkəmizi qürurla və layiqincə təmsil etmək mənim borcum idi. Düşünürəm ki, bunun öhdəsindən gələ bildim. Bir həftə ərzində bizi Türkiyənin müxtəlif görməli yerləri ilə tanış etdilər”.
Qeyd edək ki, Türkiyə və digər ölkələrin baş nazir və dövlət məmurlarının iştirak etdiyi tədbirdə Vüsalə Hikmətə "Hizmet ve Şeref” mükafatı təqdim olunub.